Kişilərin yaraşıqlı görünməsi üçün faydalı məsləhətlər

A+
A
A-
Baxılıb: 478

Qadınlar gözəl görünmək üçün istənilən vasitəni sınaqdan keçirməyə və hər şeyə əl atmağa hazırdırlar. Kişilər isə təbiətin onlara bəxş etdiyi görkəmləri ilə daha barışıq olurlar. Müasir dövrdə yaşasaq da, kişilər yaraşıqlı və cəzbedcici görünmək üçün ağlagəlməz vasitələri sınaqdan keçirmirlər. Kişilərin çox az hissəsi estetik əməliyyat etdirir. Lakin gəlin etiraf edək ki, onların da qadınlar qədər özlərinə baxmağa haqqı var. Tabloid.az Rusiya mətbuatına istinadən kişiləri yaraşıqlı göstərən bir neçə məlumatı təqdim edir:
Mükəmməl görünmək üçün əməliyyat etdirmək mütləıq deyil, bunun üçün daha asan və faydalı yollar var. Bunların hamısı da özünüzə və bədəninizə daha yaxşı baxmanızla əlaqədardır. Daha sağlam həyat tərzi fiziki baxımdan daha yaxşı görünmənizi təmin edir və dərinizdən gözaltı torbalarınıza, hətta saçınızın parlaqlığına qədər hər şey üçün faydalı olar.
Səhərlər güzgüdə gördüyünüz adamın hər zamankından daha cazibəli olmasını istəyirsinizsə, bu 10  sadə sağlamlıq və qidalanma tövsiyələrini tətbiqiniz yetərlidir.
Dərinizə xüsusi diqqət göstərin. Təraş üçün xüsusi köpük və lasyonlardan istifadə edin. Dərinizin qıcıqlanmaması üçün keyfiyyətli ülgüclərə üstünlük verin. Duş üçün gel, antiperspirant, ətirlərdən istifadə edin.
Dumansız yaşayın. Siqareti tərgidin. Siqaretin sağlamlığa və xarici görünüşdə yaratdığı fəsadlar heç kimə sirr deyil.
Düzgün qidalanın. Sağlam qidalanmaq: daha parlaq dəri və saçlar, daha cazibədar bir bədən deməkdir. 
Yuxu rejiminə fikir verin. Ən az səkkiz saat yatın. Bu, vacibdir. Eyni zamanda, təzyiqi və stressi azaldır. Bunun sayəsində alnınızdakı və göz kənarınızdakı qırışlar da azalar. Yuxusuzluq, gözlərinizin altının torbalanmasına da səbəb olar.

Su için. Dərinin xüsusilə də günəşin səbəb olduğu zərərlərə qarşı öz funksiyasının düzgün ICRA etməsi üçün suya ehtiyacı vardır. Gündə səkkiz stəkan su içmək toksinlərin bədəndən atılmasına kömək edir, qidaların vitamin və minerallarını dərinin daha dərin laylarına daşıyır.
Arıqlayın. Köklük təkcə qadınların eybi deyil. Kişilər də kökələndə, xüsusən qarın buraxanda çox eybəcər və kobud görünürlər. Nəzərə alsaq ki, piylənmə özü baxımsızlıq sayılır, bu məqama xüsusi diqqət ayrılmalıdır.
Antioksidant qəbul edin. Meyvə və tərəvəzlərdəki A, C və E vitamini kimi antioksidantlar, bədən üçün mütləq lazımlıdır. Bunlar dərini bərpa edir və elastikliyini artırır, infarkt və xərçəng riskini azaldır.

Spirtli içkilərdən bacardıqca uzaq durun.
Dik durun. Düz qamət hər şeydən önəmlidir. Bacarsanız idmanla məşğul olun. 
Zövqlə geyinin. Ən önəmlisi sizə yaraşanı geyinin. Bəziləri dəbdir deyə nə gəldi geyinirlər. Təki moda ilə ayaqlaşsınlar. Balacaboy, qısa ayaqlı, bir az qarnı olan kişi dar cins şalvar geyinəndə düşünmürmü ki, onun vücüd qüsurları daha qabarıq görünür?

 

Şərh
Bu xəbərə aid heçbir şərh tapılmadı...
XƏBƏR LENTİ
Roza Zərgərli artıq çəkilərdən azad olmaq üçün plastik əməliyyat keçirib - VIDEO
08 May 2017 23:36
"Atamla axşam danışdıq, dedi ki..." - İtkin düşən neftçinin oğlu + fotolar
15 Dekabr 2016 18:34
Reytinqli serialda iki ayrılıq
15 Dekabr 2016 18:18
Leonardo Di Kapriodan Azərbaycana qarşı atılan addım
15 Dekabr 2016 18:15
2 saata 50 min xərcləyən aktyor - FOTO
15 Dekabr 2016 18:08
Yol polisindən şaxtalı hava ilə bağlı müraciət
15 Dekabr 2016 18:03
Bir həftəyə əzələ yığmaq üçün bunları edin
15 Dekabr 2016 17:55
SİQARETİ ATMAĞIN QIZIL QAYDALARI
15 Dekabr 2016 17:53
Cavan qalmaq üçün 10 meslehet
15 Dekabr 2016 17:43
Doğru geyim seçimi
15 Dekabr 2016 17:40
Kişilərin yaraşıqlı görünməsi üçün faydalı məsləhətlər
15 Dekabr 2016 17:31
Kişilərə ala biləcəyiniz 11 ən ideal hədiyyə
15 Dekabr 2016 17:30
Ev şəraitində arıqlamağın yolları
15 Dekabr 2016 17:16
Evdar xanimlara faydali meslehetler
15 Dekabr 2016 17:03
Azərbaycan telekanallarından əyləncəli verilişlər çıxarıldı
15 Dekabr 2016 16:52
"Dedi ki, uşaqlarıma yaxşı bax" - İtən neftçilərin ailələri danışdı
15 Dekabr 2016 16:44
"Xəzər 10 canımızı aldı"
15 Dekabr 2016 15:41
Xatunla Fatimə dodaq-dodağa
15 Dekabr 2016 15:35
Bu yerli məşhurlar mükafat alacaqlar
15 Dekabr 2016 15:25
İlham Əliyev itkin düşmüş neftçilərlə bağlı göstəriş verdi
15 Dekabr 2016 15:09
Günay itkin düşən neftçilər haqda: "Analar övladlarını gözləyir"
15 Dekabr 2016 14:10
Rəqsanə Moskvada şadlıq sarayına açılış edəcək
15 Dekabr 2016 13:43
Kənan M.M.-in Hüseyni - FOTO
15 Dekabr 2016 13:22
İtkin düşən neftçilərin axtarılmasına 6 gəmi cəlb olundu
15 Dekabr 2016 13:01
Özünüzü əks cinsə belə sevdirin
15 Dekabr 2016 11:37
Xəzər dənizində 10 neftçi itkin düşdü- Siyahı
15 Dekabr 2016 10:39
Sabaha olan hava proqnozu
15 Dekabr 2016 10:00
Ağaxan Abdullayev oğluna toy etdi - FOTOLAR
15 Dekabr 2016 09:30
Aygün onunla yenidən duet oxuyacaq - VIDEO
15 Dekabr 2016 09:13
Film kimi əməliyyat - Şaxta Baba geyimində gəldilər - VIDEO
15 Dekabr 2016 08:44
ТOP 7
XƏBƏR ARXİVİ