"Atamla axşam danışdıq, dedi ki..." - İtkin düşən neftçinin oğlu + fotolar

A+
A
A-
Baxılıb: 614

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin N. Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uçması nəticəsində dənizdə itkin düşən 10 nəfərdən 5-i Ələt qəsəbəsinin, 1-i isə Hacıqabul rayonu Atbulaq kəndinin sakinidir.
 
Axşam.az-ın məlumatına görə, APA-nın Mil-Muğan müxbiri həmin neftçilərin ailələrində olub.
 
Ələt sakini, maşinist, 1965-ci il təvəllüdlü Zülfüqarov Güloğlan Hacıbala oğlu 8 uşaq atasıdır. Onun 3 qızı, 5 oğlu var. İtkin düşən daha bir nəfər isə onun qardaşıdır. Operator, 1971-ci il təvəllüdlü Zülfüqarov Azay Hacıbala oğlunun iki azyaşlı övladı var.
 
Güloğlan Zülfüqarovun oğlu bildirib ki, atası ilə sonuncu dəfə dünən axşam danışıblar: “Axşam atamla danışdıq, hal-əhval tutduq, dedi ki, hava küləklidi. Səhər isə xəbəri  eşitdik. Atama zəng etdik, amma zəng çatmadı. 8 uşağıq, bir qardaşım evlidi, qalanlar subay, heç birimiz işləmirik, atamın qazancı ilə yaşayırdıq, dövlətdən kömək göstərməsini xahiş edirik”.
 
Operator, 1958-ci il təvəllüdlü Qafarov İlham Əlihüseyn oğlu 3 uşaq atasıdır. Qəza nəticəsində dənizə düşən 10 nəfərdən hələlik yalnız onu meyiti tapılaraq çıxarılıb.
 
Operator, 3 uşağı olan 1979-cu il təvəllüdlü Əsədov Samir Atabala oğlunun bir övladı 6-cı, biri isə 4-cü 
sinifdə oxuyur. Digəri məktəbə getmir.
 
Operator, 1967-ci il təvəllüdlü Bəhrəmov Cavid Ayatxan oğlunun da 3 övladı var.
 
Onların ailə üzvləri də yaşanan faciədən sarsıntı keçiriblər. Amma onlar ümidlərini üzmürlər, yaxınlarının qayıdacağına ümid edirlər.
 
Hacıqabul rayonu Atbulaq kənd sakini, operator, 1979-cu il təvəllüdlü Rüstəmov Qorxmaz İsbat oğlunun ailəsinin faciəsi isə daha dəhşətlidir.
 
Qorxmaz ailəli olub. Bir müddət əvvəl həyat yoldaşından ayrılan Qorxmazın övladı yoxdur.
 
Atası İsbat Rüstəmov bildirib ki, 5 il əvvəl 3 övladını yol qəzasında itirib: "5 il əvvəl 3 övladımı qohumlarımla birgə avtomobil qəzasında itirdim. Həmin qəzada övladlarımla birlikdə 14 qohumumu itirmişdim. Bir oğlum qalmışdı, o da dənizdə batdı, daha heç kimim qalmadı”.

 

Şərh
Bu xəbərə aid heçbir şərh tapılmadı...
XƏBƏR LENTİ
Roza Zərgərli artıq çəkilərdən azad olmaq üçün plastik əməliyyat keçirib - VIDEO
08 May 2017 23:36
"Atamla axşam danışdıq, dedi ki..." - İtkin düşən neftçinin oğlu + fotolar
15 Dekabr 2016 18:34
Reytinqli serialda iki ayrılıq
15 Dekabr 2016 18:18
Leonardo Di Kapriodan Azərbaycana qarşı atılan addım
15 Dekabr 2016 18:15
2 saata 50 min xərcləyən aktyor - FOTO
15 Dekabr 2016 18:08
Yol polisindən şaxtalı hava ilə bağlı müraciət
15 Dekabr 2016 18:03
Bir həftəyə əzələ yığmaq üçün bunları edin
15 Dekabr 2016 17:55
SİQARETİ ATMAĞIN QIZIL QAYDALARI
15 Dekabr 2016 17:53
Cavan qalmaq üçün 10 meslehet
15 Dekabr 2016 17:43
Doğru geyim seçimi
15 Dekabr 2016 17:40
Kişilərin yaraşıqlı görünməsi üçün faydalı məsləhətlər
15 Dekabr 2016 17:31
Kişilərə ala biləcəyiniz 11 ən ideal hədiyyə
15 Dekabr 2016 17:30
Ev şəraitində arıqlamağın yolları
15 Dekabr 2016 17:16
Evdar xanimlara faydali meslehetler
15 Dekabr 2016 17:03
Azərbaycan telekanallarından əyləncəli verilişlər çıxarıldı
15 Dekabr 2016 16:52
"Dedi ki, uşaqlarıma yaxşı bax" - İtən neftçilərin ailələri danışdı
15 Dekabr 2016 16:44
"Xəzər 10 canımızı aldı"
15 Dekabr 2016 15:41
Xatunla Fatimə dodaq-dodağa
15 Dekabr 2016 15:35
Bu yerli məşhurlar mükafat alacaqlar
15 Dekabr 2016 15:25
İlham Əliyev itkin düşmüş neftçilərlə bağlı göstəriş verdi
15 Dekabr 2016 15:09
Günay itkin düşən neftçilər haqda: "Analar övladlarını gözləyir"
15 Dekabr 2016 14:10
Rəqsanə Moskvada şadlıq sarayına açılış edəcək
15 Dekabr 2016 13:43
Kənan M.M.-in Hüseyni - FOTO
15 Dekabr 2016 13:22
İtkin düşən neftçilərin axtarılmasına 6 gəmi cəlb olundu
15 Dekabr 2016 13:01
Özünüzü əks cinsə belə sevdirin
15 Dekabr 2016 11:37
Xəzər dənizində 10 neftçi itkin düşdü- Siyahı
15 Dekabr 2016 10:39
Sabaha olan hava proqnozu
15 Dekabr 2016 10:00
Ağaxan Abdullayev oğluna toy etdi - FOTOLAR
15 Dekabr 2016 09:30
Aygün onunla yenidən duet oxuyacaq - VIDEO
15 Dekabr 2016 09:13
Film kimi əməliyyat - Şaxta Baba geyimində gəldilər - VIDEO
15 Dekabr 2016 08:44
ТOP 7
XƏBƏR ARXİVİ